AZ

Mask Zelenskinin ABŞ-dəki hərbi zavoda qalmaqallı səfəri ilə bağlı danışdı: Seçkiyə müdaxilə edib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-li milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin Pensilvaniyadakı hərbi zavoda səfərinin ölkədə prezident seçkisinə müdaxilə olub-olmaması ilə bağlı fikir bildirib.
Oxu.Az-ın xəbərinə görə, o bununla bağlı "X" sosial şəbəkəsində müvafiq post paylaşıb.
"Əgər nəzərdən qaçırdığım bir şey yoxdursa, bu, açıq şəkildə seçkiyə xarici müdaxilə anlamına gəlmirmi?" - deyə sahibkar yazıb.
Mask bu yolla ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun bu səfəri təşkil edən Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanı vəzifəsindən kənarlaşdırması ilə bağlı Volodimir Zelenskinin tələbinə reaksiya verib.
Onun sözlərinə görə, Zelenskini yalnız Demokrat Partiyasının üzvlərinin müşayiət etdiyi tədbir Demokratların namizədi, ABŞ-nin vitse-prezidenti Kamala Harris tərəfindən dəstək jesti olub.
Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin Nəzarət Komitəsi Prezident Co Bayden administrasiyasının Zelenskinin Harrisin seçki kampaniyasında iştirak etmək üçün Pensilvaniyaya səfərini maliyyələşdirmək üçün ABŞ-nin vergi ödəyicilərinin pullarından istifadə etdiyinə dair şübhələrlə bağlı işi araşdırmağa başlayıb.
Xatırladaq ki, ABŞ-də bir qrup konqresmen Ukrayna Prezidenti Volodimir Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərinin araşdırılmasını tələb edib.
ABŞ Konqresinin 9 üzvü bununla bağlı ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinə məktub ünvanlayıb.
Siyasətçilər Zelenskinin Pensilvaniyaya səfəri nəticəsində ölkə qanunlarının pozulması ehtimalı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar ABŞ-nin hərbi aktivlərinin və federal resurslarının istifadəsinə dair araşdırmanın aparılmasını tələb ediblər.
Müraciət müəllifləri, həmçinin qeyd ediblər ki, Ukrayna prezidentinin səfəri siyasi motiv daşımış ola bilər. Xüsusilə də prezident seçkisi ərəfəsində onu Pensilvaniya ştatının qubernatoru Coş Şapironun da daxil olduğu yüksəkrütbəli demokrat məmurların müşayiət etməsi yerli qanunların pozulması kimi qiymətləndirilə bilər.
Seçilən
140
50
oxu.az

10Mənbələr