AZ

İlk köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, sakinlərə evlərin açarları təqdim olunub...

"Report" xəbər verir ki, köçürülən ailələr işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşacaqlar.

İlk mərhələdə Laçın şəhərinə daha 36 ailə - 117 nəfər köçürülüb.

***

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Poliqon xəbər verir ki, şəhərdə sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Poliqon xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Poliqon.info 

phrase_var_article.chosen
92
12
poliqon.info

10phrase_var_article.sources