AZ

“Beşiktaş” darmadağın oldu - Avroliqada gecənin nəticələri

Bu gün Avropa Liqasının Liqa mərhələsində 1-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun ikinci oyun günündə 9 matç keçirilib.

Azərbaycan çempionu “Qarabağ” səfərdə “Tottenhem”in qonağı olub. Matçda İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.

“Qarabağ”ın rəqiblərindən “Lion”la “Olimpiakos” Fransada üz-üzə gəlib. Rumıniya təmsilçisi FCSB evdə Latviyanın RFS komandası ilə görüşüb. “Ayaks” (Niderland) doğma meydanda “Beşiktaş”ı (Türkiyə), “Malmö”(İsveç) isə “Reyncers”i (Şotlandiya) qəbul edib.

“Fənərbaxça” “Yunion”a qalib gəlib - 2:1. “Beşiktaş” isə “Ayaks”a 0:4 hesabı ilə uduzub.

UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr

“Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) 3:0

“Fənərbağça” (Türkiyə) - “Yunion” (Belçika) 2:1

“Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya) 0:2

“Roma” (İtaliya) - “Atletik” (İspaniya) 1:1

“Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə) 4:0

“Ayntraxt” (Almaniya) - “Viktoriya” (Çexiya) 3:3

“Braqa” (Portuqaliya) - “Makkabi” (Təl-Əviv, İsrail) 2:1

“Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan) 2:0

FCSB (Rumıniya) - RFS (Latviya) 4:1.

Qeyd edək ki, 2-ci turun matçları oktyabrın 3-də keçiriləcək.

Seçilən
19
2
qafqazinfo.az

10Mənbələr