AZ

Avropa çempionatı: Yığmalarımız xalsız qaldılar

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Yunanıstana uduzub 1,5-2,5. Bu tur Teymur Rəcəbov məğlub olub, Şəhriyar Məmmədyarov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə Bolqarıstanla mübarizədə xalsız qalıb 1,5-2,5. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Ülviyyə Fətəliyeva isə məğlub olub.
Bu gün keçiriləcək VII turda kişilərdən ibarət Azərbaycan komandası Moldova, qadın şahmatçılar isə İngiltərəylə mübarizə aparacaq.

Seçilən
271
34
Mənbələr
Şərh ()
Bağla