AZ

VII çağırış Azərbaycan parlamenti demokratik təcrübənin yeni nümunəsidir

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezidentİlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsindəsuverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalıarxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələrdə göz qabağındadır. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğalason qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməzruhunu göstərmişdir. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib.Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütündünyaya qəbul etdirə bilib. Lakin ikili standartlar əsasında qurulmuş ittihamlar bu gün də davamedir. Ancaq bu, nə dövlət başçısının iradəsinə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındaqarşıda dayanan vəzifələri də müəyyənləşdirdi. Ölkə başçısı qeyd etdi ki, birinci nömrəli vəzifəhərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterrorəməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarınınyaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləriölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Beynəlxalq hüquq anlayışı tamamiləsarsılıb. Belə ki, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyükdövlətlər bunu heç gizlətmirlər. Prezident İlham Əliyev bu əsasda xüsusilə vurğuladı ki, əgər bizhərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək,gələcəkdə bizi problemlər gözləyə bilər. Bir halda ki, Ermənistanda revanşist qüvvələr başqaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistanhakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterrorəməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Ölkə başçısı bu mövzuda danışarkən həmErmənistana, həm də onun arxasında duran ölkələrə çox ciddi xəbərdarlıq edərək bildirdi ki,Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Ölkəmiz İkinci Qarabağmüharibəsindən keçən dövr ərzində öz hərbi gücünü böyük dərəcədə artırıb, yeni silahlıbirləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni XüsusiTəyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır vəartacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləriaparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir vətəmin ediləcəkdir.Prezident İlham Əliyev mühüm vəzifələrdən birinin də məhz yerli hərbi sənayekompleksimizin daha sürətlə inkişaf etdirməli olduğunu vurğuladı. Ayrılmış böyük vəsaithesabına ölkəmizin bütün hərbi zavodlarında genişmiqyaslı modernləşmə işləri aparılır. Yeniavadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalatsahələrinin yaradılması artıq praktik müstəviyə keçibdi. Ölkə başçısı bildirdi ki, ölkəmiz xaricimənbələrdən daha az asılı olmalıdır. Çünki yerli hərbi sənaye kompleksinin yaradılması hər birölkənin ümumi gücünü və inkişafını göstərir. Hazırda dünya silah bazarında aparıcı rol oynayanölkələr daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarındatəbii olaraq qıtlıq yaranıb.Ölkə başçısı qeyd etdi ki, bütün bunlar nəzərə alınmalı, eyni zamanda,hərbi-texniki məhsullarımızın ixrac coğrafiyası genişləndirilməlidir.VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezidentİlham Əliyev qarşıda dayanan digər bir sıra vəzifələrin də olduğunu diqqətə çatdırdı. Gəncnəslin düzgün istiqamətdə tərbiyəsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, dövlət sərhədlərinintəhlükəsizliyin təmin edilməsi, ölkə iqtisadiyyatının davamlı inkişafı məhz bu vəzifələrdəndir.Teymur İsmayılov,Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Seçilən
3
1
kanal24.az

10Mənbələr