AZ

Şahmat yığmalarımız Avropa çempionatında turu xalsız başa vurdular

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun oyunları keçirilib.

Day.Az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Yunanıstana uduzub 1,5-2,5. Teymur Rəcəbov məğlub olub, Şəhriyar Məmmədyarov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət yığmamız isə Bolqarıstanla mübarizədə xalsız qalıb 1,5-2,5. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Ülviyyə Fətəliyeva isə məğlub olub.

Bu gün keçiriləcək VII turda kişilərdən ibarət Azərbaycan komandası Moldova, qadın şahmatçılar isə İngiltərə ilə mübarizə aparacaq.

Seçilən
243
34
Mənbələr
Şərh ()
Bağla