AZ

Məhkəmə Tofiq Yaqublunun vəsatətini qismən təmin edib

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun işi üzrə proses davam edib. Yaqublunun vəkilləri Demokratik Qüvvələrin Milli Şurasının üzvlərindən, müxalif fəallardan əlavə şahidlərin, o cümlədən siyasətçinin həyat yoldaşı Maya Yaqublunun məhkəməyə dəvət olunması haqqında vəsatət qaldırıblar.

İstintaqın Zabrat qəsəbəsində Yaqubluya Elşən Hüseynovu "viza ilə təmin etmək" üçün "pul verildiyi" haqqında iddialarına baxmayaraq, əslində həmin vaxt Yaqublu Pirşağıda Milli Şuranın iclasında idi. Şahidlər bunu təsdiq edə bilərlər.

Məhkəmə vəsatəti qismən təmin edib və 4 əlavə şahidin məhkəməyə çağırılması haqqında qərar qəbul edib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 14 dekabr 2023-cü il tarixində fırıldaqçılıq, saxtakarlıq və rəsmi sənədi qanunsuz hazırlama və saxta sənədlərdən istifadə ittihamı ilə həbs olunub.

Yaqublu ittihamların uydurma olduğunu bildirib. Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Seçilən
15
1
turan.az

2Mənbələr