1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Milan" İtaliya çempionatının A Seriyasının 6-cı turunun ev oyununda "Leççe"ni böyük fərqlə məğlub edib.
Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Alvaro Morata, Teo Ernandes və Kristian Pulişiç vurublar. "Milan" matçı azlıqda başa vurub - 80-ci dəqiqədə müdafiəçi Davide Bartesaqi qırmızı vərəqə alıb.
"Rossoneri" ardıcıl üçüncü qələbəsini qazanıb. Növbəti turda "Milan" səfərdə "Fiorentina" ilə, "Leççe" isə səfərdə "Udineze" ilə qarşılaşacaq.