"İsrail İran tərəfindən bombalanacağı təqdirdə bu ölkəyə hücum edəcək".
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.
"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik", - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.
O əlavə edib ki, bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın.