Bakı. Trend:
İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrutbeynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.
Trend xəbər verir ki, “Sadaal-Balad” telekanalı bu barədə Livan Nəqliyyat Nazirliyininnümayəndəsinə istinadla məlumat yayıb.
“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıbvə onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədəxəbərdarlıq edib”, - deyə məlumatda bildirilir.
Nəticədə, İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.
Qeyd edək ki, son günlər aviaşirkətlərin əksəriyyətiLivan-İsrail sərhədində gərginliyin artması və paytaxt Beyrutunmütəmadi bombardmanı səbəbindən ərəb ölkəsinə uçuşlarıdayandırıb.