AZ

İsrail Baş Qərargahı növbəti hədəfləri açıqladı

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi "Hizbullah"a qarşı gələcək əməliyyatların planlarını təsdiqlədiyini bildirib.

Ordunun mətbuat xidmətinin yaydığı videomüraciətdə Halevi, "Mən indicə vəziyyətin qiymətləndirilməsini tamamladım və Şimal Komandanlığı üçün planları təsdiqlədim. Qarşıda bizi çətin günlər gözləyir", - deyib.

Baş Qərargah rəisi əlavə edib ki, SAXAL bütün cəbhələrdə həm müdafiə, həm də hücum baxımından ən yüksək hazırlıq vəziyyətindədir və mübarizəni davam etdirməyə hazırdır. Onun sözlərinə görə, İsrail ordusu bundan sonra baş verəcəklərə hazırdır.

"Terror təşkilatı "Hizbullah"ın məhvinə davam etməkdə qərarlıyıq. Hələ bütün cəbhələrdə qarşıda bir çox missiyamız var. Qarşıda duran vəzifələr arasında terror təşkilatlarının və onların potensialının məhv edilməsi, Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılmasını, həmçinin İsrailin şimal və cənubunun sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtması var", - deyə Baş Qərargah rəisi növbəti hədəfləri sadalayıb./Oxu.Az/

Seçilən
10
1
musavat.com

10Mənbələr