AZ

Nəsrullahın vəliəhdi ...

Cümə günü (sentyabrın 26-da) “Hizbullah”ın baş katibi Həsən Nəsrullah İsrailin hücumu nəticəsində öldürüldükdən sonra terror təşkilatın yeni liderinin kim olacağı maraq mövzusudur.

Ekspertlər şiə təşkilatını 32 ildir idarə edən Nəsrullahın davamçısının Haşim Seyfəddin ola biləcəyini düşünürlər. Bəs, Haşim Seyf Əl Din kimi tanınan Nəsrullahın mümkün varisi kimdir?

***

O, 1964-cü ildə Cənubi Livanın sahil şəhəri olan Tire yaxınlığındakı kənddə anadan olub. Xüsusilə Həsən Nəsrullahla qan bağı ilə seçilən Seyfəddin özünün də Nəsrullah kimi müqəddəs nəsildən olduğunu iddia edib.

Seyfəddin ilahiyyat təhsilini başa çatdırmaq üçün Nəcəf şəhərində köçüb. O, təhsilini yarımçıq qoyub və 1990-cı ildə Nəsrullahın “Hizbullah”ın rəhbərliyini təhvil almasından cəmi iki il sonra təşkilatın İcraiyyə Şurasına sədrlik etmək üçün Beyruta qayıdıb.

2020-ci ildə ABŞ tərəfindən öldürülən İranın İslam İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə də qohumdur.

***

“Hizbullah”ın icra şurasına rəhbərlik edən 60 yaşlı Seyfəddin Hizbullahın siyasi işlərinə cavabdehdir. O, təşkilatın hərbi işlərinə cavabdeh olan Cihad Şurasında da söz sahibidir.

Şiə yaraqlıları üzrə ixtisaslaşan Fillip Smit, Seyfəddinin uzun müddətdir liderlik roluna hazırlaşdığını bildirib: “Nəsrullah Livan “Hizbullahı”nın müxtəlif şuralarında Seyfəddin üçün münasib (bəziləri bir çox təşkilat ünsürlərindən daha gizli) vəzifələr təyin etməyə başladı”.

Seyfəddin Nəsrullahla işlədiyi müddətdə təşkilatın təhsil və bürokratik işlərinə diqqət yetirirdi. O, karyerası boyu hərbi qərarları əmisi oğlu Həsən Nəsrullaha həvalə edib.

Dini təhsilinin bir hissəsini İranda alan Seyfəddin İran rejimini dəstəkləyib. Onun qardaşı Abdullah “Hizbullah” terror təşkilatının Tehrandakı səfiridir.

2017-ci ildə ABŞ tərəfindən “terrorçu” elan edilən Seyfəddin Fələstinin “HƏMAS” terror təşkilatına sadiqliyi ilə tanınır.

Seçilən
15
1
vaxt.az

7Mənbələr