AZ

“Foreign Affairs”dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesaj

ABŞ-nin məşhur “Foreign Affairs” jurnalı ölkəsində ən nüfuzlu xarici siyasət jurnallarından biri hesab olunur.

Uzun tarixi ərzində jurnal öz səhifələrində bir sıra vacib hesab olunan məqalələri, o cümlədən Corc Kennanın 1947-ci ildə nəşr olunmuş “Х Article” yazısını, həmçinin 1993-cü ildə nəşr olunan Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı məqaləsini dərc etmişdir.  

İndi də bu mötəbər nəşr Ukraynaya proqram xarakterli istiqamət verir: Rusiyanı məğlub etməyin mümkünsüzlüyü ilə barışmaq və aktiv hərbi əməliyyatları dondurmaq.

“Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlamağa imkan verəcək, Ukraynaya daxil olan qərb silahlarını döyüş meydanında tez xərcləməkdənsə, onları Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sərmayə qoymağa imkan yaradacaq.

Atəşkəsin dəqiq şərtləri - vaxt, təmas xəttinin dəqiq yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları geniş beynəlxalq nəzarət altında, BMT-nin yaxud da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınln (ATƏT) himayəsi altında işlənilib hazırlanmalıdır.  Bunu müəlliflər - Amerika Beynəlxalq Əlaqələr üzrə Şurasının keçmiş prezidenti, “Centerview Partners”ın baş məsləhətçisi Riçard Natan Has və Corctaun Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, Barak Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə baş direktor vəzifəsində çalışıb Çarlz Kupçan tövsiyə edir” – deyə dərc olunan materialda qeyd olunur.

“Ukraynanın Qərbdəki dostları ukraynalılar üçün acı həbi şirinləşdirə bilər və şirinləşdirməlidir. ABŞ və NATO-nun bəzi üzvləri (Ukraynanın dostları koalisiyası) təkcə uzunmüddətli iqtisadi və hərbi yardım göstərmək deyil, həm də Ukraynanın müstəqilliyini təmin etmək öhdəliyini götürməlidirlər. Bu öhdəlik NATO Müqaviləsinin bir üzvün “ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi” üçün təhlükə yarandıqda dərhal məsləhətləşməni nəzərdə tutan 4-cü maddəsinə əsaslanmalıdır. Bu yaxınlarda Kiyevlə üzvlük danışıqlarına başlamaq niyyətini açıqlayan Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olması üçün vaxt cədvəlini qısaltmalı, Ukraynaya xüsusi razılaşma təklif edərək Aİ-nin işini asanlaşdırmalıdır. Qərb müttəfiqləri də açıq şəkildə bildirməlidirlər ki, Rusiyaya qarşı sanksiyaların əksəriyyəti Rusiya qoşunları Ukraynanı tərk edənə qədər qüvvədə qalacaq və onlar Ukraynaya danışıqlar masası arxasında ərazi bütövlüyünü bərpa etməyə kömək edəcəklər” – “Foreign Affairs” vurğulayır.

“Tamamilə mümkündür ki, ABŞ-da 2024-cü il prezident seçkilərindən sonra qarşılıqlı formada razılaşdırılmış atəşkəs və sonrakı ərazi danışıqları üçün perspektivlər nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Əgər qalib gələn tərəf davamlı transatlantik həmrəyliyə və Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün gələcək səylərə sadiq olacaqsa, o zaman Putinin vaxtın Rusiyanın xeyrinə işləməsinə inanmağına heç bir əsası olmayacaq. Ancaq hələ ABŞ-dəki seçkilərə tam bir il var və onlar elə bir nəticəyə gətirib çıxara bilər ki, Ukrayna məğlub duruma düşər. Nə Vaşinqton, nə də Kiyev belə bir riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Fərqli davranmaq - Ukraynanın gələcəyi ilə ağılsız risk hərəkət etmək demək olacaq” – deyə bildirib.

Seçilən
450
50
Mənbələr
Şərh ()
Bağla