AZ

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət 40 ailə (123 nəfər) Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, onlardan 20 ailə (58 nəfər) Bakı şəhərindən, 11 ailə (37 nəfər) Sumqayıt şəhərindən, 3 ailə (10 nəfər) Abşeron rayonundan, 3 ailə (8 nəfər) Biləsuvar rayonundan, 2 ailə (6 nəfər) Saatlı rayonundan, 1 ailə (4 nəfər) Şəmkir rayonundan olan keçmiş məcburi köçkünlərdir.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da bugünkü köç də daxil olmaqla ümumilikdə 117 ailənin (364 nəfər) Cəbrayıl şəhərində məskunlaşması təmin edilib.
Xatırladaq ki, Cəbrayıl şəhərinə sakinlərin ilk qayıdışı bu il sentyabrın 26-da olub.
Aytac Qasımova
phrase_var_article.chosen
97
9
oxu.az

10phrase_var_article.sources