AZ

DİN: Son iki gündə 6 avtomat silahı, 2 tapança və 13 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 28-də və 29-da polis əməkdaşları paytaxt Bakıda və rayonlarda 6 avtomat silahı, 2 tapança, 10 tüfəng, 7 patron darağı və müxtəlif çaplı 209 patron təhvil götürüblər.

Həmçinin son iki gündə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.

Seçilən
84
19
yeniazerbaycan.com

10Mənbələr