AZ

Netanyahu: "İsrail Yaxın Şərqdə güc balansını dəyişir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yəmən və Livana zərbələr İsrailin gücünü göstərir. İsrail indi Yaxın Şərqdə güc balansını dəyişir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin böyük hissəsini məhv etdik, "Hizbullah"a güclü zərbə endirdik, onun lideri Həsən Nəsrullahı öldürdük, bu gün (29 sentyabr - red.) Livanda daha bir ləğvetmə də daxil olmaqla, onun yüksəkrütbəli komandirlərini sistematik olaraq aradan götürürük. Paralel olaraq, İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl Yəməndəki düşmənlərimizə yenidən zərbə endirdi. Hamı miqyası, hədəflərə atəşi, bizə hücumların cavabını görür", - deyə o bildirib.
Baş nazirin qiymətləndirməsinə görə, onun ölkəsi indi yeddi cəbhədə müharibə apararaq böyük, eyni zamanda, çətin günlər yaşayır:
"Böyük günlərdir, çünki biz Yaxın Şərqdə strateji reallığı dəyişirik. Güc balansının dəyişməsi İsrail qalib gəldiyi üçün regionumuzda yeni ittifaqların yaradılması imkanını gətirir. Düşmənlərimiz və dostlarımız İsraili yenidən olduğu kimi - güclü, qətiyyətli, qüdrətli bir ölkə kimi görürlər".
phrase_var_article.chosen
115
50
oxu.az

10phrase_var_article.sources