AZ

“Şaumyanın heykəlini götürmüşük, əcəb etmişik!” - “Freedom House”a ŞİLLƏ KİMİ CAVAB

Özünü radikal erməni diasporunun muzdlu carçısı kimi aparan “Freedom House” neçə aydır ki, Azərbaycan əleyhinə hesabatlar dərc edir. Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsini hüquq pozuntusu kimi təqim edir.

Təşkilatın özünü insan hüquqları üzrə eksperti hesab edən erməni millətçisi Şeyla Paylan isə “Newsweek” jurnalında “Biz Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləməsini unuda bilmərik” adlı yazı dərc etdirir. O, təqsirsizlik prezumpsiyası kimi fundamental hüququ pozaraq “cinayətkar” sözünü işlətməkdən belə çəkinmir. Qarabağdan könüllü köçün guya etnik təmizləmə olmasını keçmiş Yuqoslaviya və Ruanda üzrə hərbi tribunalların bəzi qərarları ilə əsaslandırmağa cəhd edir. Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman təşkilatının belə böhtan xarakterli hesabat yayması bu qurumun ölkəmizə qarşı açıq qərəzinin və destruktivliyinin sübutudur.

FREDOM.jpg

Atlantik Şurasında Azərbaycan əleyhinə məqalənin müəllifi olan Şeyla Paylan Türkiyəyə qarşı irredentist (torpaq iddiası) iddiası ilə çıxış edib. O, Türkiyənin ən yüksək dağı olan Ağrıdan paylaşım edib və “Tezliklə mənim olacaqsan” ifadəsini yazıb.

Təşkilatın qərəzli fəaliyyəti ilə bağlı Qərbi Azərbaycan İcması da etiraz bəyanatı yayıb.

İCMA

Bildirilir ki, COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr, “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan “Freedom House”, “Human Rights Watch” və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa, artıq bunu açıq şəkildə edirlər.

Qeyd olunub ki, artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə “Freedom House”un erməni millətçisi Şeyla Paylan tərəfindən “Newsweek”də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

“Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

SEYLA.jpg

“Freedom House” uzun müdətdir ki, Azərbaycana qarşı total, qərəzli hücum kampaniyasına qoşulub. Aydındır ki, Qərb ölkələri və digər mərkəzlər indi də qərəz meydanını “Freedom House”a ötürüb.

Təşkilat Qarabağdan könüllü çıxan erməni sakinlərə qarşı “etnik təmizləmə” aparıldığını iddia edir, Azərbaycanın əzəli və əbədi torpağı Qarabağı “mübahisəli ərazilər” kimi qələmə verir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir, “Freedom House” isə ermənidən artıq erməniçilik edir.

Əgər təşkilat ədalətli və obyektiv olsaydı, 1 milyondan artıq azərbaycanlının ev-eşiyindən qovulmasına, Ermənistan ərazisindən didərgin salınmasına münasibət bildirərdi. Bununla bağlı heç bir hesabata rast gəlməmişik.

SAHİB

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, “Freedom House” ABŞ hökumətinə bağlı təşkilatdır, birbaşa Dövlət Departamenti tərəfindən maliyyələşir və onun bir şöbəsi kimi fəaliyyət göstərir:

“ABŞ-nin bir taktikası var. Özünün demək istəmədiyini yanında saxladığı saxta QHT-lər vasitəsi ilə çatdırırlar.

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer açıq-aşkar ermənipərəst mövqedədir. Bu yaxınlarda Ermənistana yardımın məbləğini artırdı. Ona görə də “Freedom House”dan Azərbaycanla bağlı ədalətli qərar gözləmək olmaz. Təşkilat Azərbaycanı Sudan, Şimali Koreya kimi ölkələrlə bir sırada qoyur. Afrikanın vətəndaş müharibəsi gedən ölkələrini isə daha üstün səviyyədə tutur. Bu, ifrat qərəzli yanaşmadır.

“Human Rights Watch”, “Amnesty International” kimi təşkilatların da hesabatında qərəz var. Lakin onlar da “Freedom House” qədər deyil. Bu təşkilat ölkəmizi internetin, sosial şəbəkələrin olmadığı, alternativ medianın olmadığı ölkələrlə bir sırada qoyur.

Ona görə də bu təşkilatın hesabatına əhəmiyyət vermək lazım deyil. Aşıq-aşkar qərəzli və birtərəfli mövqedədir. ABŞ-nin mövqeyindən kənar siyasət apara bilməz. O təşkilatlarda ermənilər çoxluqla təmsil olunurlar. Bu, prosesləri daha da tündləşdirir. Azərbaycan dini azadlıqların olmadığı ölkələrlə eyni sırada qoylub. Guya biz “Dağlıq Qarabağda erməni mədəni irsini, dini obyektlərini dağıdırıq, vandalizmə məruz qoyuruq”. Bunların yanaşması budur. Halbuki, Qarabağda 30 il əvvəl tikilmiş bir binaya da toxunmuruq. Şaumyanın heykəlini götürmüşük, əcəb etmişik. Bu, məgər dini abidədir? Amma öz bildiklərini edirlər. Çünki qərəzlidirlər”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
139
23
musavat.com

10Mənbələr