Ədliyyə naziri Fərid Əhmədov Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehti Abdullayevə yeni vəzifə verib.
"Qaynarinfo"nun məlumatına görə, nazirin müvafiq əmri ilə Mehti Abdullayev Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Mehti Abdullayev Ədliyyə Nazirliyinin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Mənbə: oxu.az