Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 966,9 milyon manat olub.
Valyuta.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz çoxdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,0 faizini təşkil edib.
Əvəz Həsənov