İran İsrailə hücum edərkən raket potensialının yalnız bir hissəsini nümayiş etdirib və İsrail tərəfdən yeni təhlükə yaranacağı təqdirdə bütün imkanlarını ortaya qoymağa hazırdır.
News24.az IRIB telekanalına istinadən xəbər verir ki, bunu İranın Müdafiə naziri Əziz Nəsirzadə deyib.
“İslam İnqilabı Keşikçiləri Korpusunun raket əməliyyatı bizim raket potensialımızın yalnız bir hissəsini göstərdi, onun digər komponenti olan yüksək texnologiyalı və ölümcül raketlərdən istifadə olunmadı. Əgər İsrail yeni tədbirlər görsə, biz daha müxtəlif silahlardan istifadə edəcəyik. Bölgədə müharibə başlasa, biz daha intensiv hərəkət edəcəyik”, - deyə Əziz Nəsirzadə bildirib.
Teymur Məmmədov