AZ

Yanvar ayından özəl sektorda əmək haqqı necə artacaq? - AÇIQLANDI

Xəbər verdiyimiz kimi növbəti ilin əvvəllərindən minimum əmək haqqı və pensiyalar artacaq. Təbii ki, bu artım özəl sektorda çalışanların da əmək haqqına müəyyən qədər təsir edəcək.

Bəs, özəl sektorda çalışanların əmək haqqı nə qədər arta bilər?

Suala Millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. News365.az–a açıqlamasında o bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir:

“Bizə ünvanlanan sualların bir qismi isə özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır.

Minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hammısını əhatə edir. Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarısa minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır”.

Vüqar Bayramov onu da əlavə edib ki, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:

“Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əmək haqqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyyə olunandır”.

News365.az

Seçilən
62
48
news365.az

10Mənbələr