"İranın atdığı raketlər İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə zərər verməyib".
Bizimxeber.az bildirir ki, bunuTASS-a İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova məlumat verib.
O qeyd edib ki, hücum zamanı İran İsrailə 180-ə yaxın raket atıb. Onların əksəriyyəti ələ keçirilib. "Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə heç bir ziyan dəyməyib", - Ukolova vurğulayıb.
İsrail İranın zərbələrinə cavabı ilə bağlı ABŞ-la məsləhətləşmək istəyir.