AZ

David De Xea “İnter Mayami”də?

MLS təmsilçisi “İnter Mayami” hazırda azad agent olan, “Mançester Yunayted”in ispan sabiq qapıçısı David de Xea ilə anlaşmaq niyyətindədir.

Arena.az bu barədə “Daily Star” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “İnter Mayami”nin sahibi Devid Bekhem ispan qapıçı ilə müqavilə imzalamaqda şəxsi maraq göstərir. Amerikan klubunun yaxın bir neçə həftə ərzində De Xea ilə əmək müqaviləsi bağlamağa çalışacağı vurğulanır. “İnter Mayami” veteran qapıçıya “Mançester Yunayted”də aldığı maaşla müqayisə oluna biləcək qədər maaş təklif etməyə hazırdır.

Xatırladaq ki, daha əvvəl mətbuatda İspaniyanın “Betis” klubunun da David de Xeanı transfer etmək seçimini ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.

De Xea “Mançester Yunayted”dən ötən yay ayrılıb. İspan qapıçı maaşının azaldılması şərti ilə də “qırmızı şeytanlar”ın düşərgəsində qalmağa razı idi, amma o vaxt “Mançester Yunayted” rəhbərliyi De Xea ilə müqaviləsini yeniləmək istəmədi.

David De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.

İspaniya millisində 45 oyun keçirmiş De Xea “Mançester Yunayted”dən öncə yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda forma geyinib.

“Transfermarkt” internet-portalı 33 yaşlı David de Xeanı 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
61
23
Mənbələr
Şərh ()
Bağla