AZ

Ədliyyə general-mayoru ali xüsusi rütbəsindən məhrum edilib.

Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.

 

"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

 

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin".

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

 

T.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
9
23
sam.az

10Mənbələr