AZ

20 min ukraynalının hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçdığı ortaya çıxdı- sərt qadağalar işə yaramadı

Image

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra 20 min ukraynalının hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçdığı məlum olub.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra 18-60 yaş arası ukraynalı kişilərin ölkədən çıxışına qadağa qoyulub. Lakin araşdırmalar nəticəsində məlum olub ki, 20 min ukraynalı hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçıb. Araşdırmaya görə, 2022-ci ilin fevralından 2023-cü ilin avqustuna qədər ölkəni tərk edən ukraynalı kişilər qeyri-qanuni yollarla qonşu ölkələrə keçiblər.

Kiyev rəhbərliyi qaçmağa cəhd edən 21 min 113 kişinin tutulduğunu təsdiqləsə də, 14 min 313 nəfərin sərhədi keçərək və ya üzərək, 6 min 800 nəfərin isə saxta rəsmi sənədlərlə qaçmağa cəhd etdiyini açıqlayıb.

Ukraynanın Moldova ilə 1200 kilometrlik sərhədi Ukraynadan qaçmağa çalışan kişilərin ən çox istifadə etdiyi marşrutlardan biridir. 11 min ukraynalı Moldovaya qanunsuz keçib. Moldovaya keçməyə çalışanların bəziləri sərhədi piyada keçməyə, bəziləri isə çayda üzməyə çalışıb. Məlumata görə, sərhədi keçməyə cəhd edənlərin heç də hamısı qonşu ölkəyə çata bilməyiblər. Rumıniyaya keçməyə cəhd edənlər arasında həyatını itirənlərin olduğu müəyyən edilib.

Digər tərəfdən, Ukraynadan sərhədi keçmək istəyənlərin əksəriyyəti saxta sənədlərdən də istifadə edirlər. 

TAHİR





Seçilən
414
50
Mənbələr
Şərh ()
Bağla