İsrail Hərbi Hava Qüvvələri ölkənin mərkəzi hissəsində iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Nazirliyin bildirdiyi kimi PUA-lar Quş-Dan bölgəsi sahillərində dənizdə vurulub. Onlardan birinin açıq əraziyə düşməsi qeydə alınıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində insan tələfatı olmayıb.