“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Malmö”nü qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Qarabağ" 1-2 hesabı ilə məğlub olub.
“Qarabağ” ilk oyunda “Tottenhem”ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) uduzub (0:2).
Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45 Qarabağ – Malmö (İsveç) 1-2
Qollar: Juninyo 14. - Erik Botheim 19, 47
Baş hakim: Anatasios Papapetru (Yunanıstan)
(Tofiq Bəhramov adına Respublika stadionu)