1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turunda maraqlı qarşılaşmalar baş tutub.
Oxu.Az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu Niderlandda "Tvente"nin qonağı olub. Oyunda qalib müəyyənləşməyib. Ev sahiblərinin ilk hissədəki qoluna "sarı-lacivərdlər" ikinci hissədə cavab veriblər - 1:1.
"Portu" doğma meydanda "Mançester Yunayted"i qəbul edib. "Qırmızı şeytanlar" oyuna ardıcıl qollarla başlasalar da, ev sahibləri üç top vuraraq geridönüş etməyi bacarıblar. Bu azmış kimi ingilislər sona yaxın azlıqda qalıblar. Lakin əlavə olunmuş dəqiqələrdə qonaqlar bir daha fərqlənərək məğlubiyyətdən yaxa qurtarıblar - 3:3.
Hazırda "Fənərbağça" turnir cədvəlində 4 xalla 13-cü yerdədir. "Mançester Yunayted" isə 2 xal toplayaraq 21-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 6 xalla "Latsio" başçılıq edir.
Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
"Latsio" (İtaliya) - "Nitsa" (Fransa) 4:1
"Slaviya" (Çexiya) - "Ayaks" (Niderland) 1:1
"Real Sosyedad" (İspaniya) - "Anderlext" (Belçika) 1:2
"Olimpiakos" (Yunanıstan) - "Braqa" (Portuqaliya) 3:0
"Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka) 0:2
"Ferentsvaroş" (Macarıstan) - "Tottenhem" (İngiltərə) 1:2
"Hoffenhaym" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) 2:0
"Reyncers" (Şotlandiya) - "Lion" (Fransa) 1:4
PAOK (Yunanıstan) - "Styaua" (Rumıniya) 0:1
"Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan) 0:0
"Yunion" (Belçika) - "Budyo Qlimt" (Norveç) 0:0
"Atletik" (İspaniya) - AZ (Niderland) 2:0
"Elfsborq" (İsveç) - "Roma" (İtaliya) 1:0
Qeyd edək ki, Liqa mərhələsində üçüncü tura oktyabrın 23-də start veriləcək.