AZ

"Hizbullah" liderlərindən biri məhv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail hərbçiləri Beyrutda "Hizbullah" təşkilatının liderlərindən birini öldürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti rəsmi "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunur ki, o, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta məqsədli, kəşfiyyata əsaslanan zərbəsi nəticəsində öldürülüb. Hədəf "Hizbullah" bölməsinin rəhbərliyinin silah istehsalı ilə məşğul olan Mahmud Yusif Anisi olub.
"Anisi Livanda "Hizbullah"ın dəqiq idarə olunan raket proqramının liderlərindən biri olub və silah istehsalı sahəsində böyük texnoloji imkanlara malik olan mühüm şəxs idi", - bəyanatda bildirilir.
Seçilən
204
50
oxu.az

10Mənbələr