AZ

"Tesla" 27 min "Cybertruck" pikapını geri çağıracaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tesla" şirkəti ABŞ-də "Cybertruck" elektrikli pikaplarının əksəriyyətini geri çağıracağını elan edib.
Oxu.Az bu barədə kp.ru-ya istinadən məlumat verir.
Bunun səbəbi arxa kameralarından görüntülərin alınmasında gecikmənin olmasıdır ki, bu da sürücünün görmə qabiliyyətini zəiflədə və beləliklə qəza riskini artıra bilər.
"Tesla"nın ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə təqdim etdiyi hesabatda 27 000 elektromobilin geri çağırılması barədə məlumat verilir. Şirkət bildirir ki, problem proqram təminatının yenilənməsi ilə həll olunacaq.
Bu avtomobillərdə geriyə hərəkət başladıqdan sonra görüntü iki saniyə gecikə, ekran altı-səkkiz saniyə ərzində boş qala bilər.
Seçilən
208
9
oxu.az

10Mənbələr