İsrail “Hizbullah”ın hərbi obyektləri məhv edilənə qədər əməliyyatı davam etdirəcək.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O qeyd edib ki, “Hizbullah"a güclü zərbələr endirilir və İsrail ordusu “yeni sürprizlər” təşkil edəcək:
"Biz artıq “Hizbullah”ın lideri Həsən Nəsrullahı öldürmüşük. Ehtiyatda daha çox sürprizlərimiz var, onların bəziləri artıq nümayiş etdirilib, bəziləri isə hələ həyata keçiriləcək".