AZ

Ukrayna səfirindən Azərbaycana təşəkkür

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Qəbələ Uşaq Reabilitasiya Mərkəzində terapiya alan ukraynalı uşaqları ziyarət edib.

Oxu.Az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!" , - deyə səfir qeyd edib.

Honored to visit a rehabilitation center in Gabala, where 30 children from the families of our defenders are recovering. 🇺🇦🤝🇦🇿 Grateful to our Azerbaijani partners for their continued support. Looking forward to welcoming the next group! pic.twitter.com/4z1KrKdeHF

— Yuriy Husyev (@Husyev) October 6, 2024

Mənbə: oxu.az

Seçilən
41
10
oxu.az

10Mənbələr