AZ

Ölkə Kubokunda son 11 mövsümün rekordu

Ölkə Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, buna 1-ci təsnifat mərhələsində “Kürmük Qax” üzərində 6:0 hesablı qələbə qazanan “Baku Sportinq” nail olub.

Elman Sultanovun baş məşqçisi olduğu 2-ci liqa təmsilçisi kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası ünvanına yiyələnib.

Premyer-liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/2013 mövsümünün 1/16 finalında təsadüf olunub. “Baku Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) qarşılaşan “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Ölkə Kuboku tarixində 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olub.

Seçilən
167
8
Mənbələr
Şərh ()
Bağla