AZ

Son 11 mövsümün rekordu

style='margin-bottom:10px;'>

“Bakı Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna 1-ci təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib.

2-ci liqa təmsilçisi son 11 mövsümün rekorduna imza atıb. “Bakı Sportinq” bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.

Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Bakı Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
9

1Mənbələr

Şərh ()
Bağla