AZ

“Mini-Tramp” prezident seçildi

Argentinada keçirilən prezident seçkilərində ifrat sağçı siyasətçi Xavyer Miley qalib gəlib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bülletenlərin 98,01 faizinin emalına görə liderdir.

Miley 55,75, onun rəqibi Serxio Massu isə cəmi 44,24 faiz səs toplayıb. Yekun məlumatlar daha sonra ümumiləşdiriləcək. İndiki dövlət başçısı Alberto Fernandes artıq onu qələbə münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, o, tezliklə hakimiyyətin keçidini təşkil etməyə başlaya biləcək. Miley özü tərəfdarlarına müraciət edərək ölkəni böhrandan çıxaracağını və yenidən dünya gücünə çevirəcəyini vəd edib.

Miley müxalifətin "Azadlıq gəlir" adlı libertar koalisiyası tərəfindən namizəd göstərilib. O, artıq “mini-Tramp” ləqəbini alıb, media yazır və qeyd edir ki, daha əvvəl siyasətçi Mərkəzi Bankı dağıtmaqla, dollara keçməklə və Buenos-Ayresin BRICS-ə ( BRICS dinamik inkişaf edən iqtisadiyyatları olan ölkələrin dövlətlərarası qeyri-rəsmi birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası-red.) qoşulmaq üçün müraciətini geri götürməklə hədələyib. Bu cür təşəbbüslərə görə ona “zəncirli iqtisadçı” ləqəbi verildi. O, həmçinin qlobal istiləşməni inkar edir və abortu qadağan etməyi və insan orqanlarının ticarətini qanuniləşdirməyi müdafiə edir. O, ABŞ və İsraili Argentinanın gələcək müttəfiqləri adlandırıb.

Miley dekabrın 10-da prezident kimi fəaliyyətə başlayacaq.

Seçilən
334
19
Mənbələr
Şərh ()
Bağla