AZ

QHT sədri: "Litva Azərbaycana insan hüquqları mövzusunda tövsiyə vermək haqqına sahib deyil!"

Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasındakı anti-Azərbaycan bəyanatına kəskin reaksiya verib. O, öz sosial şəbəkə hesabında nazirin bu çıxışını sərt tənqid edib və onun ölkəsini qəsdən gülünc vəziyyətə saldığını bildirib. Vəliyeva qeyd edib ki, Qərbdə Azərbaycanofobiya xəstəliyinə yoluxmuş siyasətçilər artmaqdadır və Landsberqisin açıqlamaları buna sübutdur.

QHT.az xəbər verir ki, QHT sədri Litvanın insan hüquqları mövzusunda Azərbaycana tövsiyə vermək haqqına sahib olmadığını vurğulayıb və Litvada milli azlıqların hüquqlarının pozulduğunu, kütləvi vətəndaşsızlıq hallarının baş verdiyini xatırladıb. Vəliyeva, eyni zamanda, Qərbin, xüsusilə Litva, Fransa, Niderland və Kanadanın Azərbaycana qarşı riyakar mövqe tutduğunu və bu ölkələrin insan haqları və ədalət mövzusunda Azərbaycana nəinki məsləhət verə, hətta bəyanat qəbul edə bilməyəcəyini bildirib.

Xatirə Vəliyeva, 35 il boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi terror və etnik təmizləmə siyasətinə qarşı Avropa Şurası Parlament Assambleyasının heç bir bəyanat qəbul etməməsini də sual edib. O, erməni lobbisinin təsirinin bu qərarların arxasında dayandığını ehtimal edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
57
qht.az

1Mənbələr