AZ

“Ukrayna ən çətin qışını keçirəcək”

NATO-nun Baş katibi Mark Rutte qarşıdan gələn qışın Ukrayna üçün çətin olacağını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu haqda təşkilatın mənzil-qərargahında Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna hərbi əməliyyatlar başlayandan bəri ən çətin qışını keçirəcək.

Rutte Ukraynanın kritik enerji strukturunun dağıdılmasını qeyd edib.

Baş katib “NATO Ukraynaya daha çox kömək etməlidir və edəcək”, - deyə əlavə edib.

phrase_var_article.chosen
278
2
qafqazinfo.az

3phrase_var_article.sources