AZ

Aquero "Barselona"nı məhkəməyə verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Barselona"nın sabiq hücumçusu Serxio Aquero üç milyon avroluq maaşı verilmədiyi üçün Kataloniya klubunu məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.
Məlumata görə, "Barsa" Aqueroya müqaviləsinin ilk ilinin maaşını sığorta ilə ödəyəcəyini bildirib. Lakin sığorta şirkəti futbolçunun uşaqlıqdan ürəyində problem olduğunu bildirərək ona pul köçürməkdən imtina edib. İndi Aquero "Barselona"nın vəd etdiyi üç milyon avronu ödəməli olduğunu bildirir.
Xatırladaq ki, argentinalı futbolçu komandaya 2021-ci ilin yayında qoşulsa da, "Barselona" ilə müqaviləsini başa vurmadan həmin ilin dekabrında ürək xəstəliyi səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb.
Aquero "Barselona"nın heyətində 5 oyun keçirib və bir qol vurub.
phrase_var_article.chosen
121
11
oxu.az

10phrase_var_article.sources