“Qarabağ”ın sevilən siması Juninyo Olavio yorğunluğunu Azərbaycanın dilbər guşələrindən birində çıxarır.
Braziliyalı hücumçu Qurban Qurbanovun yaratdığı 3 günlük fasilədən istifadə edərək şəxsi avtomobili ilə Qubaya yollanıb Həm də tək yox, xanımı və yeni doğulmuş qızı ilə.
Juninyonun “Quba Palace” otelindəki istirahətinin az qala hər dəqiqəsini xanımı telefonunun yaddaşına köçürərək sosial şəbəkə hesabında paylaşır.
Görüntülərdə “18 nömrə”nin ailə daxilində necə göründüyünü görmək mümkündür.
Aşağıdakı videoda Juninyonun meydandan kənardakı halı ilə tanış ola bilərsiniz.
HƏBİB / SPORTİNFO.AZ