AZ

Moskvada erməni general saxlanıldı- DETALLAR AÇIQLANDI  

 

Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyan saxlanılıb.

Musavat.com xəbər verir ki, Miqran Poqosyan Moskvada tutulub.

Ermənistanda o, doqquz cinayət maddəsi ilə axtarışdadır. Məlumatlara görə o, Tverskaya küçəsində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun üstündə “qaçqın vəsiqəsi” olub. Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Mihranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir.

Onun Rusiya Federasiyasında “Miqran” şirkətinin məhsulların topdan satışı, yükdaşıma, avtomobil icarəsi və lizinq fəaliyyəti ilə məşğul olduğu bildirilir. Ermənistanda digər məsələlərlə yanaşı, Poqosyan qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.

 

Musavat.com

Seçilən
195
19
Mənbələr
Şərh ()
Bağla