Bakının bir çox yollarında tıxac müşahidə edilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda tıxac olan yollar:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
"Cebheinfo.az"