1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Cəmi bir dayanacaq gedən də 70 qəpik ödəyir, son dayanacağa gedən də. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.
Avtobus sürücüləri isə bildirirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.
Qurumdan o da qeyd edilib ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik: