Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm başlayır.
Apasport.az xəbər verir ki, bu gün I təsnifat mərhələsinin 2 oyunu keçiriləcək.
Mövsümün ilk matçında II Liqa təmsilçilərindən “Şahdağ Qusar” “Kür-Araz”la qarşılaşacaq. Matç saat 14:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə “Şəfa” “Saatlı-Araz”la üz-üzə gələcək. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
12 oktyabr
14:00. “Şahdağ Qusar” – “Kür-Araz”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
16:30. “Şəfa” – “Saatlı-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
"ASK Arena".
Mesut Özil coşqu ilə qarşılandı - VİDEO
Mesut Özil: "Məqsədim azərbaycanlı Arda Gülerlər yetişdirməkdir”
Estoniya millisinin sabiq kapitanı: "Bu oyunun favoriti Azərbaycandır" - Müsahibə
Misli Premyer Liqası: 3 turun oyun proqramı bəlli olub
“Zirə” – “Araz-Naxçıvan” matçının vaxtı açıqlanıb