AZ

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

İnterpress.az xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. “ASK Arena”dakı oyun saat 16:30-da başlayacaq.

Seçilən
1
9
interpress.az

10Mənbələr