1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Oklahoma Siti şəhərində baş verən atışma nəticəsində azı 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polisə istinadən ABC telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin ictimai mərkəzində ziyafət zamanı baş verib. Bildirilir ki, həm binanın içərisində, həm də xaricində çoxlu sayda atəş açılıb.
Şübhəlilərin şəxsiyyəti məlum deyil, lakin polis bir neçə nəfərin saxlanıldığını açıqlayıb.