AZ

Afrikadakı kimi: Ermənistan üçün Avropa silahları - VİDEO

Keçən həftə parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını əvəz edəcək silahlanma üzrə yeni tərəfdaşlar tapmasından açıq-aydın şad olub.

Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti süjetdə deyilir.

“Paşinyanın çıxışından bir neçə gün əvvəl Avropa diplomatiyasının rəhbəri Jozep Borrel demişdi ki, Aİ Ermənistanla nəinki viza rejiminin liberallaşdırılması, həm də bədnam mexanizm vasitəsilə ölkəyə hərbi yardım göstərmək məsələsini nəzərdən keçirir.

Bir məsələ göz qabağındadır: Fövqəldövlətlərə firavan Ermənistan yox, onlara öz xalqını sərvətlər üçün istehlak materialına çevirməyə hazır olan ölkə lazımdır... Amma Ermənistanın gələcəyi qonşuları ilə yaxınlaşmadadır”, - deyə videomaterialda qeyd edilir.

Ətraflı süjetdə:

Seçilən
287
35
Mənbələr
Şərh ()
Bağla