AZ

İdman Jurnalistləri İctimai Birliyi də De Byazidən üzr tələb etdi

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin azərbaycanlı jurnalistlər haqqında səsləndirdiyi fikirlərə etirazını bildirib.



Komanda.az xəbər verir ki, qurumun yaydığı bəyanatda bunlar qeyd olunub:



“Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyətlə bitən Avropa çempionatının seçmə oyunundan sonra idman jurnalistlərinə qarşı qeyri-etik davranışa yol verib.



İtaliyalı mütəxəssis xarici medianın da qatıldığı mətbuat konfransında azərbaycanlı həmkarlarımızı “axmaq” adlandıraraq, onlara qarşı hörmətsizcəsinə tədbir zalını tərk edib.



Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi olaraq, bu addımı qətiyyətlə pisləyir, De Byazinin Azərbaycan idman mediasından üzr istəməsini tələb edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAzərbaycan İdman Jurnalistləri İctimai Birliyi Canni de Byazi

Seçilən
210
27
Mənbələr
Şərh ()
Bağla