AZ

Bu səbəbdən övladları ölümlə hədələnir

Argentina prezidentliyinə namizəd Serxio Massanın uşaqları ölümlə hədələnib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır və artıq beş nəfər saxlanılıb.

Massanın həyat yoldaşı Malena Qalmarini bildirib ki, bir müddət əvvəl başqa bir prezidentliyə namizəd olan Xavyer Maylinin tərəfdarları onun ailə üzvlərinin şəxsi məlumatlarını, o cümlədən azyaşlı övladları Tomas və Milaqrosun telefon nömrələrini dərc ediblər. Bundan sonra uşaqlara hədə mesajları gəlməyə başlayıb.

Federal hakim Mariya Servini qadın və onun uşaqlarının daimi müdafiəsi barədə qərar verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
377
2
Mənbələr
Şərh ()
Bağla