AZ

"Qarabağ" və "Sabah"ın legionerləri oynamadı, İspaniya uddu - VİDEO

Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsində A qrupunda son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, adıçəkilən yığma səfərdə İspaniya millisi ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Meydan sahiblərinin heyətində Azərbaycan klublarından da futbolçular yer alıb: “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Sabah”ın hücumçusu Davit Volkov.

Onların heç biri meydana çıxmayıb. Səkkiz turun nəticələrinə əsasən, Gürcüstan komandası 8 xalla öz qrupunda 4-cü yeri tutub.

Seçilən
430
Mənbələr
Şərh ()
Bağla