AZ

Dünya çempionatında uğurla çıxış edən gimnastlarımız Vətənə dönüblər

Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışları, eləcə də gənclər arasında 1-ci dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığma komandasının üzvləri Vətənə dönüblər.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş, Aleksey Karataşov bürünc medal qazanıblar.

Seçilən
171
2
Mənbələr
Şərh ()
Bağla